...

Bakı-Quba yolunda "Azərkörpü" və "Aztrans"ın avtomobilləri toqquşdu, ölən var

Hadisə Materials 26 Fevral 2013 10:26 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Siyəzən rayonu, Bakı-Quba yolunun 95-ci kilometrliyində "Azərkörpü" tikinti şirkətinə məxsus, 1971-ci il təvəllüdlü Abdullayev Faiq İsmayıl oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobilinin "Aztrans" tikinti şirkətinə məxsus, vətəndaş tərəfindən idarə olunan "Shaqman" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Bakı-Quba yolunda "Azərkörpü" və "Aztrans"ın avtomobilləri toqquşdu, ölən var

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Siyəzən rayonu, Bakı-Quba yolunun 95-ci kilometrliyində "Azərkörpü" tikinti şirkətinə məxsus, 1971-ci il təvəllüdlü Abdullayev Faiq İsmayıl oğlu tərəfindən idarə olunan "Mercedes" markalı minik avtomobilinin "Aztrans" tikinti şirkətinə məxsus, vətəndaş tərəfindən idarə olunan "Shaqman" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə "Mercedes" markalı avtomobilin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla sürücünün meyiti avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq hüquq-mühafizə orqanları tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti