...

Bakıda saxta əskinaslar aşkarlanıb

Hadisə Materials 1 Mart 2013 12:38 (UTC +04:00)
Bakının Yasamal rayonunda vətəndaşlardan narkotik vasitələr və saxta əskinaslar aşkar edilərək götürülüb.
Bakıda saxta əskinaslar aşkarlanıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir İ.İzzət/

Bakının Yasamal rayonunda vətəndaşlardan narkotik vasitələr və saxta əskinaslar aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirlyinin mətbuat xidmətndən Trend-ə verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Səkinə Əliyevadan 0,253 qram, Yusif Həsənovdan 0,267 qram, Rüstəm Hüseynovdan 0,215 qram, Nizami Mahmudovdan isə 1,343 qram heroin götürülüb.

Əliyevanın yaşadığı evə baxış zamanı 21 ədəd 100 manatlıq, 2 ədəd 50 manatlıq, 10 ədəd 20 manatlıq, 5 ədəd 10 manatlıq, 8 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq saxta əskinazlar (cəmi 2491 manat) və 1 ədəd sürətçıxaran aparatı aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti