...

Neftçalada bacıoğlu dayısını öldürüb

Hadisə Materials 2 Mart 2013 10:41 (UTC +04:00)
Neftçalada bacısı oğlu dayısını bıçaqla qətlə yetirib.
Neftçalada bacıoğlu dayısını öldürüb

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İ.İzzət/

Neftçalada bacısı oğlu dayısını bıçaqla qətlə yetirib.

Neftçala rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, martın 1-də rayonun Seyidlər kəndində axşam saat 19:00 radələrində 1990-cı il təvəllüdlü Hüseynov Səbuhi İskəndər oğlu dayısı, 1974-cü il təvəllüdlü Əliyev Balaməmməd Ağaməmməd oğlunu bıçaqla qətlə yetirib.

Görülən tədbilər nəticəsində Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti