...

Xaçmazda qadın polis şöbəsinə “top-tüfəng”lə gəlib

Hadisə Materials 2 Mart 2013 12:58 (UTC +04:00)
Xaçmaz və Astara sakinləri özlərində olan silahları polisə təhvil veriblər.
Xaçmazda qadın polis şöbəsinə “top-tüfəng”lə gəlib

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İ.İzzət/

Xaçmaz və Astara sakinləri özlərində olan silahları polisə təhvil veriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xaçmaz rayonunun Nərəcan kənd sakini Rəmanə Aslanova Rayon Polis Şöbəsinə gələrək 2 ədəd ov tüfəngini, 47 ədəd kiçik çaplı patronu könüllü olaraq təhvil verib.

Digər oxşar hadisə Astara rayonunda baş verib. Astara rayonunun Qapıçıməhəllə kənd sakini Sakit Həsənov "TOZ-34" markalı ov tüfəngini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Hər iki fakt üzrə silahların əvvəllər baş vermiş hər hansı cinayətdə istifadə edilib-edilməməsinə dair müvafiq ekspertiza təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti