Azərbaycan, Bakı, 7 mart /Trend/
Qazaxıstanın SCAT aviaşirkətinə məxsus, Aktau-Tbilisi reysi üzrə hərəkət edən təyyarə Gürcüstan paytaxtında qəza enişi edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İnterfaks-Qazaxıstan agentliyinə Aktau hava limanından bildiriblər.
"Yarım saat əvvəl SCAT aviaşirkətinə məxsus, Aktaudan hərəkət edən təyyarə Tbilisi hava limanının ehtiyat uçuş-eniş zolağında qəza enişi edib. Bütün salon tüstü ilə dolub", - mənbə deyib.
Onun sözlərinə görə, sərnişinlər təcili olaraq təyyarənin salonundan çıxarılıb. hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb olunub.