Azərbaycan, Bakı, 8 mart /Trend, müxbir İ.İzzət/
Şəmkirdə ölümlə nəticlənən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 7-də saat 22.40 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində, müəyyən edilməmiş avtomaşınla rayon sakini Yasin Rüstəmov vurulub.
Nəticədə xəsarət almış piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.