...

Bakıda avtomobil dərəyə düşüb yandı, ölənlər var

Hadisə Materials 11 Mart 2013 09:58 (UTC +04:00)
Nizami rayonunda avtomobil təmir-tikinti işləri aparılan yolda dərəyə düşüb, iki nəfər ölüb.
Bakıda avtomobil dərəyə düşüb yandı, ölənlər var

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İ.İzzət/

Nizami rayonunda avtomobil təmir-tikinti işləri aparılan yolda dərəyə düşüb, iki nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumatına istinadən xəbər verir ki, martın 11-də gecə Bakı şəhəri, Nizami rayonunda "Toyota" markalı minik avtomobili yolun təmir-tikinti işləri aparılan hissəsində qazılmış dərəyə düşüb.

Nəticədə avtomobildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri, Xüsusi Riskli Xilasetmə Xitmətinin xilasediciləri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində yanğınsöndürənlər baş vermiş yanğının söndürülməsini başa çatdırdıqdan sonra, xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qəza nəticəsində deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxslərin - şəxsiyyəti məlum olmayan sürücünün və 1 nəfər sərnişinin meyitlərini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 03:02-də başa çatıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti