...

Gəncədə "avtoritet"i güllələyən şəxsin kimliyi açıqlandı

Hadisə Materials 26 Mart 2013 14:53 (UTC +04:00)
Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 23-də Gəncə şəhər sakini İbrahim Xirətməndi evindən qarın nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilib.
Gəncədə "avtoritet"i güllələyən şəxsin kimliyi açıqlandı

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir İ.İzzət/

Gəncədə odlu silahla şəhər sakinini gülələyən şəxsin kimliyi müəyyənləşib.

Trend-in DİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 23-də Gəncə şəhər sakini İbrahim Xirətməndi evindən qarın nahiyəsindən güllə yarası ilə xəstəxanaya gətirilib.

Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Gəncə şəhər sakini Elnur Məmmədov tutulub, ondan 1 ədəd "Makarov" tipli tapança götürülüb.

Qeyd edək ki, Xirətməndi cinayət aləmində tanınan şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti