...

Bakıda sərnişin avtobusu aşıb, 6 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 30 Mart 2013 20:04 (UTC +04:00)
Bakı şəhəri, Bakıxanov qəsəbəsində sərnişin avtobusu aşıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirilib ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Ancaq bundan çox sərnişinin xəsarət aldığı da güman edilir.
Bakıda sərnişin avtobusu aşıb, 6 nəfər xəsarət alıb (ƏLAVƏ OLUNUB-2)

(İlk xəbər 19:15-də yayılıb)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Bakı şəhəri, Bakıxanov qəsəbəsində sərnişin avtobusu aşıb. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirilib ki, hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Ancaq bundan çox sərnişinin xəsarət aldığı da güman edilir.

Hadisə yerinə göndərilmiş briqada 6 nəfərə ilkin tibbi yardım göstərərək, onları xəstəxanalara yerləşdirib.

Onların 4-ü qadın, 2-i kişi olub.

Zərərçəkənlərin vəziyyətləri müxtəlif cür qiymətləndirilib.

Stansiyadan bildirilib ki, onlar arasında vəziyyəti ağır və yüngül olanlar da var.

Xatırladaq ki, qəza ilə bağlı məlumatı Nizami Rayon Polis İdarəsində təsdiqləyiblər.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti