...

Avtobusun aşması nəticəsində xəsarət almış 10 nəfər 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib (ƏLAVƏ OLUNUB-3) (FOTO)

Hadisə Materials 30 Mart 2013 20:25 (UTC +04:00)
Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Bakıxanov qəsəbəsində sərnişin avtobusu aşıb. Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanların sayı 10-a çatıb.
Avtobusun aşması nəticəsində xəsarət almış 10 nəfər 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib (ƏLAVƏ OLUNUB-3) (FOTO)

(İlk xəbər 19:15-də yayılıb)

Azərbaycan, Bakı, 30 mart /Trend/

Xəbər verdiyimiz kimi, Bakı şəhəri, Bakıxanov qəsəbəsində sərnişin avtobusu aşıb. Trend-in məlumatına görə, hadisə nəticəsində xəsarət alanların sayı 10-a çatıb.

Yaralananların hamısı Sabunçu rayonunda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Hazırda xəsarət alanlara tibbi yardım göstərilir.

Xatırladaq ki, bu gün axşam saat 19:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində "İSUZU"markalı "10-TG-938" dövlət qeydiyyat nişanlı avtobus aşıb.

İlkin ehtimala görə, metronun "Qara Qarayev" stansiyasından Bakıxanov qəsəbəsi istiqamətində hərəkət edən avtobusun aşmasına səbəb sürücünün sürət həddini aşması və döngədə avtobusun idarəetməsini itirməsi göstərilir.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti