...

Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaş huşsuz halda aşkarlanıb

Hadisə Materials 18 Aprel 2013 04:54 (UTC +04:00)
Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaş huşsuz halda aşkarlanıb. Trend-in məlumatına görə, bu haqda Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.
Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaş huşsuz halda aşkarlanıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmış vətəndaş huşsuz halda aşkarlanıb. Trend-in məlumatına görə, bu haqda Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında məlumat verilib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilin giriş qapısını bayır tərəfdən açıblar.

Mənzilə baxış keçirilərkən vətəndaş döşəmədə huşsuz vəziyyətdə aşkarlanıb.

O, hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib. Əməliyyat saat 02:19-da başa çatıb.

Xəbər lenti

Xəbər lenti