...

Sumqayıtda zibillikdən meyit tapıldı

Hadisə Materials 23 Aprel 2013 10:04 (UTC +04:00)
Sumqayıtda yanmış zibillikdən naməlum kişi meyiti tapılıb.
Sumqayıtda zibillikdən meyit tapıldı

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Sumqayıtda yanmış zibillikdən naməlum kişi meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı məlumata istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının zirzəmisində 8 kv.m sahədə məişət tullantıları yanıb.

Yanğının kəşfiyyatı zamanı şəxsiyyəti məlum olmayan kişi meyiti aşkar olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:11-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti