...

Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Hadisə Materials 1 May 2013 06:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend/

Baş vermiş yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Bu haqda Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər yayıb.

Məlumatda deyilir ki, Sabirabad rayonu, Ulacalı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan avtomobil təmiri sexinin icərisində təmirə dayanmışvətəndaşa məxsus "VAZ" minik avtomobilinin yanar hissələri yanıb.

Sex yanğından mühafizə olunub. Yanğın saat 19:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şabran rayonu, Gəndov kəndində (rayon mərkəzindən 9 km aralı) "PRADO" markalı minik avtomobili, "HUNDAY" markalı minik avtomobili və "Mercedes" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Nəticədə "PRADO" markalı minik avtomobilinin yanar hissələri yanıb. Diqər avtomibillər yanğından mühafizə olunub.

Hadisə ilə əlaqdar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti