...

Oğuzda patrondan boyunbağı düzəltmək istəyən qohumlar partlayış törədiblər

Hadisə Materials 4 May 2013 15:03 (UTC +04:00)
Oğuz rayonunda iriçaplı patronun partlaması nəticəsində iki nəfər xəsarət alıb.
Oğuzda patrondan boyunbağı düzəltmək istəyən qohumlar partlayış törədiblər

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir İ.İzzət/

Oğuz rayonunda iriçaplı patronun partlaması nəticəsində iki nəfər xəsarət alıb.

Trend Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 3-də Oğuz rayonunda yaşayan Süleyman Haqverdiyev və qohumu, Şəmkir rayon sakini Adil Ələkbərov iriçaplı patron tapıblar.

Tapılan patrondan boyunbağı düzəltmək istəyən qohumlar onun arxa hissəsinə çəkiclə vurarkən partlayış baş verib.

Nəticədə Ələkbərov əl nahiyəsindən, Haqverdiyev isə baş və qol nahiyələrindən xəsarət alıblar.

Ələkbərov və Haqverdiyev xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti