...

DİN Xaçmazdakı dəhşətli yol qəzasının təfərrüatlarını açıqladı

Hadisə Materials 16 May 2013 13:06 (UTC +04:00)
Xaçmaz rayonunun Çarxı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
DİN Xaçmazdakı dəhşətli yol qəzasının təfərrüatlarını açıqladı

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İzzət/

Xaçmaz rayonunun Çarxı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 16-da saat 01.00 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində Quba rayon sakini Natiq Vahidinin idarə etdiyi "VAZ-2101" markalı və Salyan rayon sakini Amid Abbasovun idarə etdiyi "QAZel" markalı avtomaşınlar toqquşub.

Nəticədə N.Vahidi və sərnişinləri, Quba rayon sakinləri Hikmət Vahabov, Qismət Vahabov və Nəzər Babayev hadisə yerində ölüblər. Xəsarət almış A.Abbasov və sərnişini, Salyan rayon sakini Müseyib Əhmədli isə xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti