Azərbaycan, Bakı, 19 may /Trend/
Türkiyənin Tokat əyalətində İrana gedən sərnişin avtobusu aşıb. Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, Təbriz şəhərinə yollanan avtobus idarəolunmanı itirərək çevrilib.
Qəza nəticəsində 6 nəfər ölüb, 12 nəfər xəsarət alıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya göndərilib.