...

Azərbaycanda iki gündə 19 nəfər “yol terroru”nun qurbanı oldu (YENİLƏNİB)

Hadisə Materials 20 May 2013 13:30 (UTC +04:00)
Azərbaycanda yollar "qan gölünə” çevrilir.
Azərbaycanda iki gündə 19 nəfər “yol terroru”nun qurbanı oldu (YENİLƏNİB)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İ.İzzət/

Azərbaycanda yollar qan "gölünə" çevrilir.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 18-19-da respublikanın avtomobil yollarında 17 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 19 nəfər ölüb, 51 nəfər yaralanıb.

Məlumata əsasən, iki gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 101 cinayət faktı qeydə alınıb, onların da 57-si "isti izlər"lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Cinayət törətdiklərinə görə isə 55 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti