Azərbaycan, Bakı, 21 may /Trend, müxbir İ.İzzət/
Bir qrup şəxs tərəfindən saxta etibarnamə ilə başqasına məxsus evin ələ keçirilməsi faktı ilə əlaqədar cinayət işi başlanıb.
Trend Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, mayın 14-də Bakı şəhər sakini Sahibə Qasımova Yasamal RPİ-yə ərizə ilə müraciət edərək Əlibəy Hüseynzadə küçəsində mərhum anası Tutuxanıma məxsus evin qohumları Məlahət Orucova, Asif Akif oğlu və Röya Akif qızı tərərfindən saxta etibarnamə ilə ələ keçirilməsini bildirib.
Faktla əlaqədar cinayət işi başlanıb.