Azərbaycan, Bakı, 23 may / Trend, müxbir A.Tağıyeva /
Türkiyənin paytaxtı Ankarada Çeçenistanın fəxri konsulu Medet Ünlü qətlə yetirilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "CNN Türk" telekanalı məlumat verib.
O, naməlum şəxslər tərəfindən iş yerinin yaxınlığında başına atəş açılmaqla qətlə yetirilib.
Diplomatın meyiti polislər tərəfindən bir neçə saat sonra aşkar edilib. Türkiyənin təhlükəsizlik qüvvələri faktla bağlı təhqiqata başlayıblar.