...

Türkiyənin bir neçə şəhərində İstanbuldakı etirazlara dəstək aksiyası keçirilir

Hadisə Materials 1 İyun 2013 08:28 (UTC +04:00)
İstanbulun Taksim Gezi parkındakı etirazçılara dəstək məqsədilə Ankarada yürüş keçirilib.
Türkiyənin bir neçə şəhərində İstanbuldakı etirazlara dəstək aksiyası keçirilir

Azərbaycan, Bakı, 1 iyun /Trend/

İstanbulun Taksim Gezi parkındakı etirazçılara dəstək məqsədilə Ankarada yürüş keçirilib. Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Polis əməkdaşları paytaxtda təhlükəsizlik tədbirlərini gücləndirib.

İzmirdə keçirilən aksiyada isə bir çox etirazçı polis tərəfindən saxlanılıb. Polis aksiyanı dağıtmaq üçün təzyiqli su və qazdan istifadə edib. Şəhərin bəzi yerlərində qarşıdurmalar hələ də davam edir.

Gezi parkındakı hadisələrə etiraz olaraq Boluda da universiteti tələbələri yürüş keçiriblər.

Gezi parkının dağıdılmaması üçün Taksim meydanı və ətrafında polislə toqquşan etirazçılara dəstək məqsədilə təqribən min nəfər Boğaz körpüsü üzərindən İstanbulun Avropa hissəsinə keçir. Körpüdə nəqliyyatın hərəkəti tamamilə dayanıb.

Xəbər lenti

Xəbər lenti