...

Qubada ər qeyri-rəsmi nikahda yaşadığı arvadını qətlə yetirib

Hadisə Materials 4 İyun 2013 16:20 (UTC +04:00)
Trend Regional TV-yə istinadən məlumat verir ki, bu gün günorta saatlarında Quba rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Aşağı Atuc kəndində qeydə alınan hadisə zamanı kənd sakini, 1988-ci il təvəllüdlü Mahmudov Elman Valeh oğlu qeyri-rəsmi nikahda yaşadığı həyat yoldaşını bıçaqlayaraq qətlə yetirib.
Qubada ər qeyri-rəsmi nikahda yaşadığı arvadını qətlə yetirib

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İzzət/

Qubanın Aşağı Atuc kəndində ər arvadını qətlə yetirib.

Trend Regional TV-yə istinadən məlumat verir ki, bu gün günorta saatlarında Quba rayonunda dəhşətli qətl hadisəsi baş verib. Rayonun Aşağı Atuc kəndində qeydə alınan hadisə zamanı kənd sakini, 1988-ci il təvəllüdlü Mahmudov Elman Valeh oğlu qeyri-rəsmi nikahda yaşadığı qadını bıçaqlayaraq qətlə yetirib.

Kənd sakinlərinin bildirdiyinə görə, Elman Mahmudov 1 ildir qeyri-rəsmi nikahda yaşayır. Bu nikahdan onun 39 günlük uşağı var. Elman Mahmudov fəhləliklə məşğuldur.

Hazırda hadisə yerində olan hüquq-mühafizə orqanlarının əməkdaşları müvafiq işlər aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti