...

Bakıda sərnişin qatarında partlayıcı maddənin tapılması ilə bağlı cinayət işi başlanıb

Hadisə Materials 6 İyun 2013 11:43 (UTC +04:00)
Bakıda sərnişin qatarında partlayıcı maddə tapılıb.
Bakıda sərnişin qatarında partlayıcı maddənin tapılması ilə bağlı cinayət işi başlanıb

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir İ.İzzət/

Bakıda sərnişin qatarında partlayıcı maddə tapılıb.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, ötən gecə Bakı-Qazax xətti ilə hərəkət edən sərnişin qatarı Keşlə dəmiryolu stansiyasında saxlanılıb. Qatara baxış keçirilən zaman orada partlayıcı maddə aşkar edilib.

Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

İdarənin Sabunçu Xətt Polis Şöbəsindən Trend-ə bildiriblər ki, qatara baxış zamanı kupe vaqonunda sərnişin, Gədəbəy rayon sakini 1987-ci il təvəllüdlü Sakit Əsgərova məxsus bağlamada 200 qram barıt, 1 kiloqram karteç güllələr aşkar edilərək götürülüb. Hadisə ilə əlaqədar Əsgərov saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti