Azərbaycan, Bakı, 12 iyun /Trend/
Dənizdə batmış şəxsin cəsədi tapılıb.
Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda ("Sahil-1" sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) dənizdə çimərkən batmış 1995-ci il təvəllüdlü Elməddin Şəmsəddin oğlu İsmayılovun axtarışları başa çatıb.
E.İsmayılovun cəsədi Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xillasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda dənizdə ("Sahil-1" sularda xilasetmə məntəqəsindən, təxminən, 3 km məsafədə, nəzarət olunmayan ərazidə) 1 nəfər çimərkən batıb. Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xillasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar.
Hazırda axtarış işləri aparılır. Əlavə məlumat veriləcək.