Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İzzət/
Bakı şəhər sakini su anbarında, Sumqayıt şəhər sakini isə dənizdə boğulub.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, iyunun 23-də Qazax rayonunun Kəmərli kəndi ərazisində Bakı şəhər sakini Bilman Kazımbəyli su anbarına yıxılaraq boğulub.
Dünən daha bir hadisə Novxanı bağlar sahəsində baş verib. Həmin ərazidə Sumqayıt şəhər sakini Tahir Əliyev dənizdə çimərkən suda boğulub.
Hər iki faktla bağlı araşdırma aparılır.