...

Cəlilabadda kişi meyiti tapılıb

Hadisə Materials 3 İyul 2013 15:58 (UTC +04:00)
İyulun 2-si axşam saatlarında Cəlilabad rayonunun Göytəpə qəsəbəsində naməlum kişi meyiti tapılıb.
Cəlilabadda kişi meyiti tapılıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İ.İzzət/

İyulun 2-si axşam saatlarında Cəlilabad rayonunun Göytəpə qəsəbəsində naməlum kişi meyiti tapılıb.

Trend-in Cənub TV-yə istinadən verdiyi məlumata görə, məlum olub ki, həmin şəxs 1965-ci il təvəllüdlü Cəlilabad rayon Privolnoye kənd sakini Mirzəyev Təvəkkül Məmməd oğludur. Meyit xarici və daxili müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə gətirilib. Meyitin üzərində zorakılıq əlamətləri müşahidə olunmasa da, bədəninin müxtəlif nahiyələrində dəri cızılmaları aşkarlanıb.

Qeyd edək ki, Mirzəyev bir neçə il Rusiya Federasiyasında yaşayıb və cəmi iki gündür ki, doğulduğu rayona gəlibmiş. Mərhumun həm də içki düşkünü olduğu bildirilir.

Hazırda 48 yaşlı Təvəkkül Mirzəyevin ölüm səbəbləri araşdırılır.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti