Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin "Star" telekanalının jurnalistləri Murad Uslu və Zəfər Qaraqaş bu gün Misirdə saxlanılıblar. Bu barədə Trend çərşənbə axşamı "Hürriyyət" qəzetinə istinadən məlumat verir.
Türkiyənin Misirdəki səfirliyi artıq məsələni nəzarətə götürüb.
Jurnalistlərin saxlanılmasının səbəbləri aydınlaşdırılır.