Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İzzət/
Gəncədə Azərbaycan Beynəlxalq Universitetinin saxta diplomu aşkarlanıb.
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini Rüfət Quliyevdən Azərbaycan Beynəlxalq Universitetini bitirməsi barədə saxta diplom götürülüb.