...

Goranboyda göldə batan şəxsin cəsədi tapılıb

Hadisə Materials 13 İyul 2013 17:32 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 1998-ci il təvəllüdlü Qəhrəmanov Sabir Vüqar oğlu Goranboy rayonu, Sapıküt kəndi ərazisində yerləşən Sapıküt gölündə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 100 km aralda nəzarətsiz ərazidə) batıb.
Goranboyda göldə batan şəxsin cəsədi tapılıb

Azərbaycan, Bakı, 13 iyul /Trend/

Goranboyda göldə batan şəxsin cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 1998-ci il təvəllüdlü Qəhrəmanov Sabir Vüqar oğlu Goranboy rayonu, Sapıküt kəndi ərazisində yerləşən Sapıküt gölündə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 100 km aralda nəzarətsiz ərazidə) batıb.

Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilib. Qeyd olunan şəxsin cəsədi "Aran" dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 15 metr aralıda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti