...

DİN polis əməkdaşının intihar etməsinə aydınlıq gətirdi

Hadisə Materials 15 İyul 2013 13:53 (UTC +04:00)
Sabunçu rayonu ərazisində polis əməkdaşı tabel silahından atəş açaraq özünü öldürüb.
DİN polis əməkdaşının intihar etməsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İzzət/

Sabunçu rayonu ərazisində polis əməkdaşı tabel silahından atəş açaraq özünü öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 13-də Sabunçu rayonu 2-ci Zabrat qəsəbəsinin ərazisindəki qəbiristanlıqda Nərimanov RPİ-nin əməkdaşı, polis serjantı Əli Novruzov xidmət zamanı tabel silahından atəş açaraq özünü öldürüb.

Hadisə yerindən 1 ədəd xidməti "Makarov" markalı tapança, 2 ədəd daraq, 15 ədəd patron və 1 ədəd giliz götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti