Azərbaycan, Bakı, 5 avqust /Trend/
Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus "VAZ-2106" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, yaxınlıqdakı elektrik dirəkləri yanğından mühafizə olunub. Yanğın saat 00:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes-ML" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub.
Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.