Gürcüstan, Tbilisi, 5 avqust /Trend, müxbir N.Kirsxaliya/
Xüsusi avadanlıqlarla təchiz edilmiş Azərbaycan xilasediciləri Gürcüstanın qərbindəki İnquri çayında batan 4 nəfərin cəsədinin axtarışına qoşulublar. Trend-in məlumatına görə, Azərbaycanın xüsusi təlim keçmiş dalğıcları hadisə yerindədirlər.
İyulun 15-də çayda batanların axtarışı Gürcüstanın Mesti rayonunun Xaişi kəndində davam edir.
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Hallar Departamenti ilə birlikdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupu da işə cəlb edilib.
Lakin axtarışlar hələ nəticə verməyib.
Batanlar Rusiya vətəndaşları və bir ailənin üzvləridir. Ölənlərin valideynləri tələb edirlər ki, axtarışlar dayandırılmasın və müvafiq xüsusi avadanlıqlardan istifadə edilsin.