...

Livanda partlayış baş verib, ölənlər var

Hadisə Materials 23 Avqust 2013 17:45 (UTC +04:00)
Livanın Tripoli şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb.
Livanda partlayış baş verib, ölənlər var

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir A.Tağıyeva/

Livanın Tripoli şəhərində baş verən partlayış nəticəsində ölənlərin sayı 19-a çatıb. Bu barədə Trend "Əl-Ərəbiyə" telekanalına istinadən məlumat yayıb.

Məlumatda, o cümlədən 35 nəfərin yaralandığı bildirilir. Daha əvvəl 10 nəfərin ölməsi barədə məlumat yayılmışdı.

Xatırladaq ki, cümə günü Livanın Tripoli şəhərində biri məscidin, digəri şəhərin mərkəzində olmaqla iki güclü partlayış baş verib. Həkimlər ölənlərin sayının artacağında ehtiyatlanırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti