...

DİN Sumqayıtda avtobusla minik avtomobilinin toqquşması ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 28 Avqust 2013 13:10 (UTC +04:00)
Sumqayıt şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.
DİN Sumqayıtda avtobusla minik avtomobilinin toqquşması ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İ.İzzət/

Sumqayıt şəhəri ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, avqustun 28-də saat 00.45 radələrində Sumqayıt şəhəri ərazisində şəhər sakini İbrahim Aslanov idarə etdiyi "Daewoo" markalı avtobusu yolun kənarındakı dəmir səddə vurduğundan, arxadan gələn həmyerlisi Natiq Qədəşovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşın ona çırpılıb.

Nəticədə Natiq Qədəşovun sərnişinlərindən 40-45 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb, xəsarət almış özü və digər 2 sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Faktla əlaqədar Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti