...

Vətəndaş evində ölü tapılıb

Hadisə Materials 31 Avqust 2013 05:05 (UTC +04:00)
Vətəndaş evində ölü tapılıb. Bu barədə Trend məlumat veirb.
Vətəndaş evində ölü tapılıb

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Vətəndaş evində ölü tapılıb. Bu barədə Trend məlumat veirb.

Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda, mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzil qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olub və giriş qapısını açıblar.

Mənzilə baxış keçirilərkən 1978-ci il təvəllüdlü Məmişov Famil Adil oğlu otaqda hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində F.Məmişovun vəfat etdiyi müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti