...

Türkiyədə minalanmış avtomobil saxlanılıb

Hadisə Materials 3 Sentyabr 2013 11:14 (UTC +04:00)
Ötən gün gecə saatlarında Türkiyənin Bingöl əyalətində içərisində partlayıcı maddə olan avtomobil saxlanılıb.
Türkiyədə minalanmış avtomobil saxlanılıb

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Ötən gün gecə saatlarında Türkiyənin Bingöl əyalətində minalanmış avtomobil saxlanılıb. Bu barədə çərşənbə axşamı Trend "Habertürk" qəzetinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, saxlanılan avtomobildəki boş qaz balonlarının içərisində təxminən 200 kiloqram partlayıcı maddə aşkarlanıb.

Avtomobilin sürücüsü saxlanılıb və Türkiyənin Təhlükəsizlik üzrə Baş Katibliyinin Terrorizmlə mübarizə şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti