...

Bakıda külli miqdarda pulu zorla ələ keçirən şəxs tutulub

Hadisə Materials 9 Sentyabr 2013 13:45 (UTC +04:00)
Bakı sakinini döyərək külli miqdarda pulunu əlindən alan şəxs tutulub.
Bakıda külli miqdarda pulu zorla ələ keçirən şəxs tutulub

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakı sakinini döyərək külli miqdarda pulunu əlindən alan şəxs tutulub.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış İdarəsi, Nərimanov Rayon Polis İdarəsi və Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 4-də Ələmdar Zeynalova yumruqla xəsarət yetirərək onun əlindən çantasını alan şəxs müəyyən edilərək tutulub.

Bu şəxs Bakı şəhər sakini Yusif Nəsibovdur. Çantanın işində 14 000 Azərbaycan manatı, 24 000 ABŞ dolları, 262 000 rus rublu və 1 ədəd mobil telefon olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti