...

“Range Rover” Bakıda Neftçilər prospektində taksini “süpürdü” (VİDEO)

Hadisə Materials 12 Sentyabr 2013 13:06 (UTC +04:00)
Bakıda "Range Rover" markalı minik avtomobili Neftçilər prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək "Park İnn" hotelin önündə dayanmış, taksi fəaliyyəti ilə məşğul olan minik avtomobili ilə toqquşub.
“Range Rover” Bakıda Neftçilər prospektində taksini “süpürdü” (VİDEO)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda "Range Rover" markalı minik avtomobili Neftçilər prospekti ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirərək "Park İnn" hotelin önündə dayanmış, taksi fəaliyyəti ilə məşğul olan minik avtomobili ilə toqquşub. Trend xəbər verir ki, toqquşma zamanı "Range Rover" taksini yerindən "süpürüb". Yerindən təxminən 5 metr kənara tullanan taksi yolun qırağındakı ağaca çırpılaraq səkiyə çıxıb.

Xoşbəxtlikdən həmin vaxt taksidə heç kim olmadığıdan xəsarət alan olmayıb. Lakin hadisə yerində nəqliyyat vasitələrinin və insanların toplaşması hərəkətin intensivliyinin sıx olduğu yolda tıxac yaradıb.

Trend oxuculara həmin qəzanın video görüntüsünü təqdim edir.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti