...

Hacıqabul sakinindən tapança götürülüb

Hadisə Materials 21 Sentyabr 2013 13:34 (UTC +04:00)
Hacıqabul rayon sakinindən “Makarov” markalı tapança və vasitələri götürülüb.
Hacıqabul sakinindən tapança götürülüb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir İ.İzzət/

Hacıqabul rayon sakinindən "Makarov" markalı tapança və vasitələri götürülüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Cinayət-Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarələri və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayon sakini Mirkamil Həşimovdan 1 ədəd "Makarov" markalı tapança, 5 ədəd tapança patronu və 1 ədəd patron darağı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti