...

Ağdamda iki avtomobil toqquşub, iki nəfər ölüb

Hadisə Materials 22 Sentyabr 2013 09:34 (UTC +04:00)
Ağdam rayonunda "VAZ" markalı iki minik avtomobili toqquşub, iki nəfər ölüb.
Ağdamda iki avtomobil toqquşub, iki nəfər ölüb

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Ağdam rayonunda "VAZ" markalı iki minik avtomobili toqquşub, iki nəfər ölüb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdam rayonunda "VAZ" markalı iki minik avtomobil toqquşub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobillərdən biri deformasiyaya uğrayıb, sürücü və 1 nəfər sərnişin hadisə yerində ölüb.

Xilasedicilər sıxılmış vəziyyətdə qalan meyitləri müvafiq qaydada nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər, həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Xəbər lenti

Xəbər lenti