...

Azərbaycanda məhkum müalicə zamanı ölüb

Hadisə Materials 23 Sentyabr 2013 11:42 (UTC +04:00)
Azərbaycanda müalicə alan məhkum xəstəxanada ölüb.
Azərbaycanda məhkum müalicə zamanı ölüb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.İzzət/

Azərbaycanda müalicə alan məhkum xəstəxanada ölüb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 14 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən 1971-ci il təvəllüdlü Natiq Məmmədov sentyabrın 22-də 2 saylı Kliniki xəstəxanada hemodializ zamanı vəfat edib.

Qeyd edək ki, Natiq Məmmədov az ağır cinayət törətmiş məhkumlardan hesab olunurdu. O, Cinayət Məcəlləsinin 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham edilərək azadlıqdan məhrum edilmişdi.

Onu da əlavə edək ki, bir sıra KİV-də Natiq Məmmədov "kriminal avtoritet" kimi qələmə verilir. Trend-in əldə etdiyi məlumata görə, bu, həqiqətəuyğun deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti