...

Bakıda baş verən yanğında ev sahibi ölüb

Hadisə Materials 24 Sentyabr 2013 13:00 (UTC +04:00)
Yasamal rayonunda fərdi evdə baş verən yanğında bir nəfər ölüb.
Bakıda baş verən yanğında ev sahibi ölüb

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir İ.İzzət/

Yasamal rayonunda fərdi evdə baş verən yanğında bir nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, sentyabrın 23-də saat 15:00 radələrində Yasamal rayonu R.Tağıyev küçəsi, ev 86-da yaşayan Kifayət Mütəllimovaya məxsus 1 mərtəbəli 2 otaqlı fərdi evdə yanğın baş verib.

Nəticədə 2 kv.m. sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra isə Kifayət Mütəllimovanın tüstüdən boğulmuş meyiti tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti