...

Ağdaşda iki avtomobil toqquşub, xəsarət alan var

Hadisə Materials 3 Oktyabr 2013 05:24 (UTC +04:00)
Ağdaş rayonunda iki yük avtomobili toqquşub, xəsarət alan var.
Ağdaşda iki avtomobil toqquşub, xəsarət alan var

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

Ağdaş rayonunda iki yük avtomobili toqquşub, xəsarət alan var.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Ağdaş rayonu, Qaradeyin kəndində Bakı-Qazax yolunun 280-cı kilometrliyində "Şaqman" və "Daf" markalı 2 yük avtomobili toqquşub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Daf" markalı yük avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti