Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir M.Əliyev/
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, "Qarasu" Əməliyyat Şirkətinə məxsus avtobusun aşması nəticəsində 18 nəfər xəsarət alıb.
Trend-in Dİn-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 3-də saat 19.00 radələrində Hacıqabul rayonu "Muşovdağ" adlandırılan ərazidə Şirvan şəhər sakini Səmid Məmmədov idarə etdiyi "Qarasu" Əməliyyat Şirkətinə məxsus "KAVZ-685" markalı avtobusu aşırıb. Nəticədə xəsarət almış sürücü və 17 sərnişini xəstəxanaya yerləşdirilib.
Hacıqabul RPŞ tərəfindən araşdırma aparılır.