...

Bakıda yataqxanada yanğın baş verib, sakinlər təxliyyə olunub

Hadisə Materials 6 Oktyabr 2013 21:01 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yataqxananın 5-ci mərtəbəsinin dəhlizində 150 p.m kabel, vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan otağın yanar konstrusiyaları və ev əşyaları yanıb.
Bakıda yataqxanada yanğın baş verib, sakinlər təxliyyə olunub

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

Bakıda yataqxanada yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli yataqxananın 5-ci mərtəbəsinin dəhlizində 150 p.m kabel, vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan otağın yanar konstrusiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 50 nəfər sakin təxliyyə olunub. Yanğından yaxınlıqdakı otaqlar və digər kommunikasiya xətləri mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti