...

Suriya təyyarəsinin Türkiyənin hava məkanına daxil olmaq cəhdi baş tutmadı

Hadisə Materials 17 Oktyabr 2013 16:15 (UTC +04:00)
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları Suriyaya məxsus hərbi təyyarənin ölkənin hava məkanına daxil olmaq cəhdinin qarşısını alıb.
Suriya təyyarəsinin Türkiyənin hava məkanına daxil olmaq cəhdi baş tutmadı

Azərbaycan, Bakı, 17 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) qırıcıları Suriyaya məxsus hərbi təyyarənin ölkənin hava məkanına daxil olmaq cəhdinin qarşısını alıb. Trend xəbərə verir ki, bu barədə Türkiyə Baş Qərargahının yaydığı məlumatda bildirilir.

Suriya HHQ-yə məxsus hərbi təyyarənin Türkiyənin hava sərhədləri istiqamətində hərəkət etməsi barədə məlumat daxil olan kimi Türkiyə HHQ-nin iki qırıcı təyyarəsi Hatay əyalətində yerləşən bazadan havaya qalxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti