Azərbaycan, Bakı, 18 oktyabr /Trend/
İraqın paytaxtı Bağdad şəhərində baş vermiş bir neçə partlayış nəticəsində 35 nəfər ölüb, ən az 80 nəfər xəsarət alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.
Bundan əvvəl 9 nəfərin öldüyü, 28 nəfərin isə yaralandığı bildirilirdi.
Ən çox insan tələfatı ilə nəticələnən terror aktı Bağdadın mərkəzindəki restoranlardan birinin yaxınlığında baş verib. Belə ki, burada avtomobilə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.
Hakimiyyət partlayışlarda "əl-Qaidə" terror təşkilatı ilə əlaqəsi olan "İraq İslam dövləti və Levant" radikal qruplaşmasının əli olduğunu ehtimal edir.