...

Yevlaxda avtomobil yoluna çıxan velosipedçi həyatını itirdi

Hadisə Materials 22 Oktyabr 2013 10:59 (UTC +04:00)
Yevlax şəhərinin Çənlibel qəsəbəsi ərazisində velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yevlaxda avtomobil yoluna çıxan velosipedçi həyatını itirdi

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.Mehdiyev/

Yevlax şəhərinin Çənlibel qəsəbəsi ərazisində velosipedçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend EL TV-yə istinadən xəbər verir ki, Yevlax sakini Yaşar Ərşad oğlu İsmayılov idarə etdiyi "Mersedes" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən Çənlibel qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Ağa Qərib oğlu Nağıyev velosipedlə onun yoluna çıxıb.

Bu zaman "Mersedes"lə velosipedin toqquşması nəticəsində Ağa Nağıyev yaralanıb. Yaralı Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti