...

Bakı metrosunda partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub

Hadisə Materials 22 Oktyabr 2013 17:30 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.
Bakı metrosunda partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı Metropoliteninin "Nəriman Nərimanov" stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olub.

Trend FHN-in rəsmi saytına istinadən məlumat verir ki, nazirliyin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə stansiyanın giriş və çıxışında, platformada, xidməti otaqlarda, keçidlərdə, ticarət köşklərində və ətraf ərazilərdə axtarış işləri aparıblar. Axtarışlar nəticəsində heç bir şübhəli əyşa aşkar edilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti