...

Şəkinin Daşüz kəndi canavarların hücumuna məruz qalıb

Hadisə Materials 8 Noyabr 2013 02:31 (UTC +04:00)
Trend Kanal S-ə istinadən məlumat verir ki, Şəki rayonu, Daşüz kəndinin sakinləri bir neçə gündür ki təlaş içindədir. Buna səbəb isə kənd əhalisinin mal-qarasının canavarların hücumuna məruz qalmasıdır. Sakinlər artıq heyvanlarının aqibətindən narahatdırlar.
Şəkinin Daşüz kəndi canavarların hücumuna məruz qalıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

Şəkidə canavarlar kəndə hücum edir.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Şəki rayonu, Daşüz kəndinin sakinləri bir neçə gündür ki təlaş içindədir. Buna səbəb isə kənd əhalisinin mal-qarasının canavarların hücumuna məruz qalmasıdır. Sakinlər artıq heyvanlarının aqibətindən narahatdırlar.

Hadisə noyabr 7-si axşam saatlarında heyvanlar örüşdən qayıdan vaxt baş verib. Heyvanları örüşdən gətirən naxırçının heyvanları canavarların hücumuna məruz qalıb. Naxırçı mal-qaranı canavarlardan qorumağa çalışsa da, buna müvəffəq ola bilməyib. Nəticədə kənd sakinləri Məmmədov Əsəd və Məmmədov Əfqana məxsus iki baş inək canavarlar tərəfindən parçalanıb.

Zərərçəkənin sözlərinə görə, canavarlar axşam saatlarında sürü halında kəndə hücum edir və həyətlərə girərək heyvanları parçalayır. Ailənin sözlərinə əsasən, onların heyvanları artıq bununla 4-cü dəfədir canavarların hücumuna məruz qalıb.

Kənd sakinləri canavarların hücumunun təkrarlanacağından narahatdırlar. Sakinlər heyvanlarını örüşə göndərməyə belə qorxurlar. Onlar bildirirlər ki, bu hadisə Daşüz kəndində birinci dəfə baş vermir. Bundan bir neçə gün qabaq da kənddə bir inək və 10 qoyun canavarın hücumuna məruz qalmışdı.

Məsələ ilə bağlı kənd icra nümayəndəsinə müraciət olunsa da, hələlik nəticə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti