...

Azərbaycanda avtomobil qaçırmış Türkmənistan vətəndaşı saxlanılıb

Hadisə Materials 13 Noyabr 2013 12:54 (UTC +04:00)
Bakıda avtomaşın qaçırmış Türkmənistan vətəndaşı saxlanılıb.
Azərbaycanda avtomobil qaçırmış Türkmənistan vətəndaşı saxlanılıb

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir İ.İzzət/

Bakıda avtomaşın qaçırmış Türkmənistan vətəndaşı saxlanılıb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 12-də Bakının Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkmənistan vətəndaşı Adil Yusifov saxlanılıb. O, noyabrın 10-da Fərhad Tağıyevə məxsus "VAZ-2107" markalı avtomaşını qaçırmış şəxslərdən biri olmaqda təqsirli bilinərək tutulub.

Faktla bağlı araşdırma davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti